AAAF Parkın nəzdində fəaliyyət göstərən “Zirvə” liseyində ingilis dilinə həsr olunmuş tədbir baş tutub. Əsasən ibtidai siniflərin iştirakı ilə baş tutan tədbirdə azərbaycan bölməsi ilə birgə rus böməsinin şagirdləri də müxtəlif rəqslər ifa edib, şən musiqilər səsləndiriblər. İzləyənlərin ən çox diqqətini cəlb edən isə “Sindrella” adlı səhnəcik olub.
Tədbirin məqsədi şagirdlərin ingilis dili bacarıqlarını inkişaf etdirmək, ünsiyyətin səviyyəsini qaldırmaqdır. Qloballığı ilə seçilən dilə həsr olunmuş tədbir həm şagirdlərin, həm də tamaşaçıların ürəyincə olub.