“Zirvə” liseyində imtahanlar keçirilib

“Zirvə” liseyində bütün siniflər üzrə Azərbaycan dili, Riyaziyyat, Kimya, Fizika, İnformatika, Həyat bilgisi və digər fənlərdən ay üzrə yekun imtahanlar keçirilib. Dörd saat davam edən imtahanların nəticələri növbəti həftə məlum olacaq.

İmtahanların keçirilməsində məqsəd şagirdlərin ay üzrə ümumi nəticələrini göstərməklə yanaşı, onların elmi-bilik səviyyələrini müəyyən etmək, həmçinin valideynlərin də uşaqların bilik səviyyəsi ilə tanış olmağa imkan yaratmaqdır. Qeyd edək ki, hər ayın sonu”Zirvə” liseyində keçirilən imtahanlara maksimum nəzarət həyata keçirilir. May ayının ikisindən şagirdlərin nəticələri müəllimlər tərəfindən yoxlanmağa başlanacaq.

SHARE