“Zirvə” liseyində imtahan

Müəllim-şagird hazırlığının ölçülməsi məqsədilə AAAF Parkın nəzdində fəaliyyət göstərən “Zirvə” liseyində oktyabr ayı üçün yekun sınaq imtahanı keçirilib. 2-ci sinifdən 11-ci sinifə qədər bütün şagirdlərə şamil olunan imtahan 3 saat davam edib. Yeddinci sinifə qədər şagirdlər tədris fənləri üzrə, yuxarı sinif şagirdləri isə seçdikləri ixtisas qruplarına uyğun imtahan veriblər. İmtahanda şagirdlərə test toplusundan ibarət sual kitabçaları təqdim olunub. Nəticələr iki gün ərzində açıqlanacaq.

SHARE