“Zirvə” liseyində imtahan keçirildi

AAAF Parkda yerləşən “Zirvə” liseyində böyük Summativ qiymətləndirmə üzrə imtahanlar keçirilib. İmtahanlar I sinifdən IX sinfədək olan şagirdləri əhatə edib. “Zirvə” liseyinin direktoru Əmirastan Nəbiyev AAAF Tv-yə müsahibəsi zamanı imtahanların uğurlu keçdiyini diqqətə çatdıraraq nəticələrinin yaxın 2 gün ərzində açıqlanacağını bildirib.

Bildirək ki, “Zirvə” liseyində böyük Summativ qiymətləndirmə üzrə imtahanlar ildə 2 dəfə keçirilir. Bu dəfəki imtahanlarda 221 şagird iştirak edib.

SHARE