“Zirvə” liseyində birincilərin Əlifba bayramı

AAAF Parkda fəaliyyət göstərən “Zirvə” liseyində birinci sinif şagirdlərinin əlifba bayramı keçirilib. Şənlikdə liseyin həm rus, həm də Azərbaycan bölməsinin birinciləri iştirak ediblər. Uzun müddətdir hazırlıq görülən tədbir valideynlərin və balacaların ürəyincə olub. Birincilər, o cümlədən valideyn və müəllim heyəti Azərbaycan Respublikasının dövlət himnini səsləndiriblər.Daha sonra şagirdlər müxtəlif mövzuda şeirlər söyləyib, rəqs ediblər və bir neçə səhnəcik təqdim olunub.

SHARE