“Zirvə” liseyində birincilər

“Zirvə” Liseyi təhsildə keyfiyyət simvolu olaraq övladlarınızın hərtərəfli inkişafında böyük rol oynayır. Birinci siniflər təhsil sahəsinin ilk pilləsində dayanır, onlar üçün ətraf aləmlə tanışlıq, kiçik bir cəmiyyətdə özünüdərk elə bu vaxtlardan başlayır. AAAF Parkda yerləşən “Zirvə” liseyində 2016-2017-ci tədris ilində 40-dan artıq birinci sinif şagirdləri təhsil alır. Onlar üçün xüsusi metodika ilə dərs planı hazırlanır, hər birinə fərdi yanaşılır, daim həkim, müəllim və psixoloq nəzarətində olurlar. Liseyin builki birinci sinif şagirdləri iki azərbaycan, bir rus bölməsində qruplaşdırılıb. “Zirvə” liseyinin ibtidai sinif müəlliməsi Kəmalə Qafarova təhsil müəssisəsinə qəbul olan birincilərdən söhbət açıb, onlar üçün hazırlanan tədris metodikasının mahiyyətindən danışıb. İnanırıq ki, birincilər hər zaman təhsildə uğur qazanacaq və gələcək nəslin inkişafına tövhə verəcək.

SHARE