“Zirvə” liseyində bir neçə görüş keçirildi

AAAF Parkda yerləşən “Zirvə” liseyində bir neçə görüş baş tutub. Əvvəlcə “SAF” psixoloji mərkəzin nümayəndələri Əzizə Salamova, Səidə Əliyeva və Yeganə Mikayılova liseydə Azərbaycan və rus dili bölmələri üzrə təhsil alan şagirdlərlə görüşüb. Görüş zamanı psixoloqlar şagirdlərin dərsdə olarkən hansı qaydalara riayət etməsi, imtahanqabağı həyəcan,stress və digər vacib məqamlar barədə danışıblar. Sonra mərkəzin nümayəndələri liseyin müəllim heyəti və valideynlərlə görüşüb. Onlar müəllimlərlə şagird –müəllim münasibətləri, valideynlərlə isə uşaqlarda davranış pozuntuları mövzularında danşıblar, maraq doğuran məqamlara toxunularaq geniş fikir mübadiləsi aparılıb.

Ardıyca “Zirvə” liseyinin direktoru Əmirastan Nəbiyev valideynləri qəbul edərək bir neçə vacib məsələlər ətrafında danışıb. O şagirdlərin təlim-tərbiyəsində valideynlərin rolunu önə çəkərək  bu məsələdə övladları ilə cidd məşğul olmağı tövsiyyə edib, bəzi şagirdlərin dərs zamanı davranışlarındakı neqativ məqamlara toxunub.

SHARE