“Zirvə” liseyində bilik yarışı keçirilib

AAAF Parkda fəaliyyət göstərən “Zirvə” liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan “Fənlərin dostluğu” adlı bilik yarışması keçirilib. 6 məktəbin iştirak etdiyi yarışma iki mərhələdən ibarət olub.  I mərhələdə fənlər üzrə suallar yazılı şəkildə şagirdlərə təqdim olunub. Hər bir düz cavab 1 balla qiymətləndirilib. II mərhələdə isə hər komanda üçün 5 çaparaq suallar verilib.

Maraqlı keçən bilik yarışmasının qalibi adını “Zirvə” liseyinin komandası qazanıb. II yerə “Hədəf” komandası, III yerə isə “Qarabağ” komandası layiq görülüb.

SHARE