Zirvə Liseyində Bilik Günü

Bu gün ölkəmizdə 15 Senytabr – “Bilik günü” qeyd olunur. Bu münasibətlə AAAF Parkda yerləşən “Zirvə” liseyi tədbir təşkil edib. “Zirvə” restoranı ərazisində baş tutan Bilik günü tədbiri Azərbaycan Respublikası Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi və liseyin direktoru Xəzər Babayev çıxış edərək bütün şagird və müəllim heyətini təbrik etdi, onlara təhsil sahəsində bol uğurlar arzuladı.

Direktor həmçinin ilk dəfə dərsə gedən və ilk günün sevincini yaşayan balacaları salamlayaraq bilik yollarının açıq olmasını dilədi. Tədbirin davamında bilik gününə həsr olunmuş şeirlər səsləndi, müxtəlif rəqslər ifa edildi.

SHARE