“Zirvə Liseyi”ndə Bilik Günü qeyd olundu

“Zirvə Liseyi”ndə Bilik Günü qeyd olundu. Əllərində çiçək, çiyinlərində çanta tələsirlər. Məktəbə. Bilik Gününün sevincini yaşamaq üçün. Birincilər, ikincilər, son dərs ilini yaşayanlar. Hamı həyəcanla həyatının ən böyük, ən maraqlı, ən sevincli anlara yaşamaq üçün tələsir. Bu həyəcan müəllimlər və valideynlərə keçir, səs-səsə, sevinci-sevincə, ürək-ürəyə qarışır. Hamı sevinir. Çünki bu gün ilk dərs günüdür. Bilik Günüdür. “Zirvə Liseyi”nin də qarşısında qələbəlik vardı. Şagirdlər müqəddəs məkan, ikinci evləri olan, elm ocağına daxil olmaq üçün toplaşmışdılar. Əvvəlcə, Ümummilli lider, mərhum prezident Heydər Əliyevin heykəli önünə əklillər qoyuldu. Daha sonra Azərbaycan Resublikasının Dövlət Himni səsləndi. Məktəbin direktoru Əmiraslan Nəbiyev ilk sözlə çıxış edərək şagird və müəllimləri yeni dərs ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Sonra isə Liseyimizin Azərbaycan və Rus bölməsinin şagirdləri şeirlər səsləndirdilər, müxtəlif səhnəciklər nümayiş etdirdilər, mahnılar oxudular. Ən sonda isə birincilər üçün ilk zəng çalındı. Yollar dünyada çoxdur, Sayı hesabı yoxdur, Bir yol var ki dünyada, Onu getmirsən hədər, Bax uşaqla doludur, Bu yol məktəb yoludur.

SHARE