“Zirvə” liseyində “Bilik günü” qeyd edildi

AAAF Parkda yerləşən “Zirvə” liseyində 15 sentyabr “Bilik günü” qeyd olunub. Yeni tədris ilinə başlamazdan əvvəl bayram münasibətilə tədbir keçirilib. Azərbaycanın Dövlət  Himni səsləndikdən sonra tədbir açıq elan olunub və liseyin direktoru Əmirastan Nəbiyev yeni dərs ilinin başlaması münasibəti ilə şagird, müəllim heyətini təbrik edib, təhsil sahəsində nailiyyətlər arzu edib.

Tədbirin qonağı, respublikamızın xalq artisti Ramiz Novruz “Bilik günü” münasibətilə hər kəsi xüsusən də ibtidailəri təbrik edərək,ürək sözlərini ifadə edib.Tədbirin davamında balacalar bilik gününə həsr olunmuş şeirlər səsləndirərək, müxtəlif rəqslər ifa edib.

Zəng sədalarından sonra tədbir yekunlaşıb və yeni dərs ili başlanıb.

Biz də öz növbəmizdə “Zirvə” liseyinin müəllim və şagird kollektivini təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirik.

SHARE