“Zirvə” Liseyində “Beynəlxalq müəllimlər günü” qeyd olunub

Müəllimlik müqəddəs və məsuliyyətli peşədi. 5 Oktyabr tarixi dünya miqyasında məhz müəllimlik peşəsinin sahiblərinə həsr olunub. Hər il bu bayram AAAF Parkın nəzdində fəaliyyət göstərən “Zirvə” liseyində də qeyd olunur. Şagirdlər müəllimlərinə şeirlərini AAAF TV kameralarına üz tutaraq söyləyib, onlar üçün çəkdikləri rəsm nümunələrini nümayiş etdirib. Uşaqlar arasında müəllimlərinə öz ürək sözlərini söyləyənlər də vardı. Liseyin müəllim heyətindən Kamilə Hüseynli 25 illik pedaqoji fəaliyyəti dövründə uşaqlara Azərbaycan dilinin saflığı və gözəlliyini təlqin etməklə yanaşı, onlara bu dili sevdirib. Gənc nəsli maarifləndirmək üçün illərini həsr edən Kamilə xanım AAAF TV-yə müsahibəsində öz təcrübələrini, xatirələrini və bu günün sevincini bölüşüb. Dərs sonrası, peşə bayramını bir süfrə arxasında qeyd edən “Zirvə” liseyinin pedaqoji kollektivi tort kəsib, xatirə şəkli çəkdirib.

SHARE