“Zirvə” liseyində bayram tədbiri keçirildi

 “Zirvə” liseyində 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə şənlik keçirilib. Baş tutan mərasimdə liseyin müəllim və şagird kollektivi iştirak edib. Tədbirin əvvəlində liseyin direktoru Xəzər Babayev çıxış edərək hər kəsi Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, təhsildə yeni yeni uğurlar arzulayıb.

Bayram tədbirində ilk olaraq Sehrbaz şou nümayiş olundu. Daha sonra şənliyə Şaxta Baba və qar qız təşrif buyurdu. Onların gəlişi şagirdlərdə əsl bayram ab-havası yaratdı. Tədbir zamanı şerlər səsləndi, mahnılar ifa olundu. Liseyin şagirdləri Şaxta Baba və qar qızla birlikdə rəqslər etdilər.

Olduqca maraqlı keçən şənlikdə Şaxta Baba və qar qız tərəfindən müxtəlif hədiyyələr də təqdim olundu.

Tədbirin sonunda daha bir neçə bayran əhval-ruhiyyəli rəngarəng şou da nümayiş etdirildi.

SHARE