“Zirvə” liseyində bayram tədbiri

 

“Zirvə” liseyində 31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə tədbir keçirilib. Baş tutan mərasimdə liseyin müəllim və şagird kollektivi, o cümlədən valideynlər iştirak ediblər. Tədbirin əvvəlində liseyin direktoru Əmirstan Nəbiyev çıxış edərək hər kəsi Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə təbrik edib.

Bayram tədbirində liseyin şagirdləri tərəfindən şerlər səslənib, mahnılar ifa olunub və rəngarəng səhnələr nümayiş etdirilib.

Şənliyin ən yaddaqalan məqamı isə Şaxta Baba və qar qızın təşrif buyurması oldu. Onlar lisey şagirdlərinə xoş dəqiqələr yaşadıblar. Tədbir məktəblilərin rəqsləri ilə davam edib.

SHARE