“Zirvə” liseyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi

AAAF Parkda faəliyyət göstərən “Zirvə” liseyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səslənib, ardınca liseyin direktoru Əmirastan Nəbiyev çıxış edərək bu dəfəki Respublika Günü tədbirinin əlamətdar tarixi hadisəyə – Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunduğunu söyləyib.

O çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin Respublikada geniş qeyd edilməsi ilə bağlı ölkə prezidenti cənab İlham Əliyevin sərəncam verdiyini də diqqətə çatdırdı.

Tədbir zamanı Əmirastan Nəbiyev həmçinin liseyin sonuncu sınaq imtahanlarında fərqlənən şagirdlərə diplom və hədiyyələr verdi. Baş tutan tədbirdə 100 il öncə – 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın məhz Azərbaycanda qurulduğu və hər bir azərbaycanlının bununla fəxr etdiyi vurğulandı. Tədbirin sonunda lisey şagirdlərinin ifasında şerlər səsləndi və müxtəlif səhnələr nümayiş etdirildi. 

SHARE