“Zirvə” liseyində aylıq yekun imtahanlar keçirilib

Ötən həftə AAAF Parkda yerləşən “Zirvə” liseyində şagirdlərin aylıq yekun nəticələrinin göstəricisi olan növbəti imtahanlar keçirilib. 1-10-cu sinif şagirdlərinin ay ərzində yiyələndikləri biliklərin səviyyəsini ölçmək məqsədi daşıyan imtahanlar 14 :00-da başlayıb. Müxtəlif fənnləri əhatə edən və test üsulu ilə keçirilən imtahanda şagirdlərə hər fənn üçün ayrıca sual kitabçaları təqdim olunub. Qeyd edək ki, yekun imtahanlar şagirdlərlə yanaşı, müəllimlərin də göstəriciləri hesab olunur. 3 saatdan artıq davam edən imtahanın nəticələri növbəti həftə ərzində açıqlanacaq.

SHARE