“Zirvə” liseyində ağır atletika üzrə növbəti dərs keçilib

“Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletikanın inkişafı üçün bütün mümkün addımları atmağa çalışır. Bura idmançılar üçün yaradılan maksimum şərait, yerli və beynəlxalq yarışlarda iştirak imkanı, əldə edilən nəticələrə görə verilən hədiyyə və mükafatlar daxildir.

Klubumuz atletlərimizin fiziki inkişafı ilə yanaşı, onların təhsil səviyyəsinin yüksəldilməsi üçün də çalışır. Bu məqsədlə gənc idmançılarımız “Zirvə” Liseyində oxumaq şansı əldə edib. Onlar AAAF Park Yaşayış Kompleksində yaşayır, bütün şəraitlə təmin olunur, eyni zamanda yaxşı təhsil alırlar. Onlara bütün fənlərlə yanaşı, ağır atletika nəzəriyyəsi dərsi də keçilir. Atletlər bu dərs zamanı daima məşğul olduqları idmanın nəzəri biliklərinə yiyələnir, onun tarixi, texnikası, digər istiqamətləri ilə tanış olurlar.

Ötən həftə keçilən dərslərdən birinin mövzusu “zədələnmələr” olub. Gənc mütəxəssis Turan Abdullayevin tədris etdiyi bu dərs zamanı gənc ağır atletlər zədələrin səbəbləri, onlardan qorunma yolları haqda danışılıb. Dərsdə “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru Rizvan Rəsulov da iştirak edib. O da öz fikirlərini şagirdlərlə bölüşüb, onlara müəyyən məlumatlar verib, məsləhətlər edib.

Dərsin videoyazısını sizə təqdim edirik.

SHARE