“Zirvə” liseyində ağır atletika üzrə nəzəri dərslər keçilir

AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyi həm də idman təmayüllüdür. Burada çox sayda idmançı təhsil alır. Xüsusilə də ağır atletlərə yaradılan şərait qeyd olunmalıdır.

AAAF Park yaşayış Kompleksində yaşayan, bütün xərcləri ödənilən maksimum şərait yaradılan bu gənc idmançılar, yüksək səviyyəli təhsil almaq şansı da qazanırlar. Atletlərə gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, həftədə 1 dəfə ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər.

Dərs zamanı onlara bu idman növünün sirləri öyrədilir, onun tarixi haqqında geniş məlumat verilir, elmi-nəzəri xüsusiyyətləri tədris edilir, bir sözlə, bilavasitə fiziki dərslərdən savayı, ağır atletikanın nəzəri tərəfi də öyrədilir.

Müəllim Turan Abdullayev keçilən dərslər barədə məlumat verib. Qeyd edib ki, bu nəzəri biliklərin tədrisində məqsəd həm bu idman növünü daha yaxından tanıtmaq, həmçinin yeniyetmə və gənc atletlərin təhsil səviyyəsini yüksəltməkdir.

SHARE