“Zirvə” liseyində açıq dərs

AAAF Parkda fəaliyyət göstərən “Zirvə” liseyində açıq dərs baş tutub. 4 A sinfində reallaşan açıq dərs Azərbaycan dili fənnini əhatə edib, mövzu isə “Əsas və köməkçi nitq hissələri” olub. Liseyin müəllim və rəhbər heyətinin iştirak etdiyi açıq dərsdə şagirdlər fəal iştirak ediblər, 3 qrup şəklində bölünərək mövzuya uyğun verilən sualları fərdi qaydada cavablandırıblar. Burada müxtəlif qrup işləri də təqdim olunub və şagirdlər ballarla qiymətləndiriliblər.

Qeyd edək ki, “Zirvə” liseyində mütəmadi olaraq açıq dərslər keçirilir.

SHARE