“Zirvə Liseyi”ndə “9 Noyabr – Bayraq Günü” tədbiri keçirildi

Bayraqları bayraq edən üstündəkİ qandır
Torpaq əgər ugrunda ölən varsa, Vətəndİr.

“Zirvə” Liseyində Azərbaycanın ən mühüm bayramlarından biri 9 noyabr – Bayraq Gününə həsr olunmuş tədbir keçirildi. Təhsil ocağının müəllim və şagird heyətinin hazırladığı bu ədəbi-bədii tədbir çox gözəl alındı.

AAAF Park Yaşayış Kompleksininin konfrans zalındakı mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı.

“Bayraqları bayraq edən üstündəki qandır…” Bu cümlələrlə başlayan tədbirdə Respublikamızın rəmzi olan bayraq haqda geniş məlumat verildi. Onun rəngləri, üstündəki ay və səkkizgüşəli ulduzun mənası haqda zala toplaşanlara bir daha məlumat verildi. Sonra bayraqla, tariximizlə bağlı müxtəlif videoçarxlar nümayiş etdirildi. Növbə şagirdlərə də çatdı. İstər 1-ci, istərsə də yuxarı sinif şagirdlərinin ifasında səslən şeirlər çox təsrili alındı. Rus və ingilis dilində səhnəciklər, üçrəngli geyimdə rəqs edən balaca qızımız və bir çox digər məqamlarla dolu olan Bayraq Günü tədbiri maraqlı, Azərbaycan Respublikasının rəmzinə layiq şəkildə keçirildi.

SHARE