“Zirvə” Liseyində “31 Mart – Soyqırım Günü” ilə bağlı tədbir keçirildi – VİDEO

Martın 31-də AAAF Park Yaşayış Kompleksinin “Zirvə” Liseyində “31 Mart – Soyqırım günü”nə həsr olunmuş tədbir keçirildi. Liseyin müəllim və şagird heyəti 97 il əvvəl baş verən hadisələri yenidən xatırlayaraq, şəhid olmuş həmvətənlərimizin ruhuna yad etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin çalınması ilə başladı. Daha sonra Soyqırım Günündə həyatını itirmiş azərbaycanlıların ruhları bir dəqiqəlik sükutla yad edildi.

Qeyd olundu ki, 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Zəngəzur və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı soyqırım törədilib. 1 həftə ərzində 150 min insan vəhşicəsinə qətlə yetirilib və 10 minlərlə insan itkin düşüb.

Liseyin tarix müəllimi Əli Yusubov baş verənlər haqda daha ətraflı danışaraq, ermənilərin vəhşiliklərini, bunun səbəb və nəticələrini açıqladı. Onun çıxışı maraqla dinlənildi.

Sonda isə Soyqırımla bağlı hazırlanan geniş film nümayiş etdirildi.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 10, (#10) To use 'Page Public Content Access', your use of this endpoint must be reviewed and approved by Facebook. To submit this 'Page Public Content Access' feature for review please read our documentation on reviewable features: https://developers.facebook.com/docs/apps/review.
SHARE