“Zirvə” liseyində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

“Zirvə” liseyində 20 Yanvar faciəsinə həsr olunan tədbir təşkil olunub. Liseyin müəllim və şagird heyətinin qatıldığı tədbir açıq elan olunandan sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ardınca 20 Yanvar gecəsində şəhid olan vətən oğulları və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı liseyin müəlliməsi Sevda Bədəlova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən dəhşətli hadisədən danışıb. O həmçinin bildirib ki, 20 Yanvar faciəsi Qan yaddaşımız olmaqla bərabər, həm də bir qəhrəmanlıq nümunəsidir.

Tədbirin gedişatında liseyin şagirdləri tərəfindən 20 Yanvar hadisəsinə həsr olunmuş səhnəciklər, vətənpərvərlik mövzusunda şerlər və musiqilər səsləndirilib.

SHARE