AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi 2015 – 2016-ci tədris ilindən başlayaraq Respublikada ilk dəfə texniki, humanitar və idman təmayüllü olmaqla üç profil üzrə fəaliyyət göstərəcək.

Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortu da fəaliyyət göstərəcək.

Şagirdlərin liseyə gəlməsi üçün xüsusi servis avtobusu ayrılmışdır. Liseydə 150 yerlik yeməkxana mövcuddur. Şagirdlər nahar yeməyi ilə təmin olunacaq və nahardan sonra peşəkar müəllimlərin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirəcəklər.

Liseyin pedaqoji kollektivi müsabiqə yolu ilə seçilmiş qabaqcıl müəllimlərdən təşkil olunmuşdur.

Liseydə internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daima müşahidə etdiyi mərkəzləşdirilmiş kamera sistemi mövcuddur. Qəbul müsabiqə yolu ilə aparılır.

Sənədlərin qəbulu başlamışdır.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana və telefon nömrəsinə müraciət edə bilərsiniz:

Telefon: 012 409 06 06

Zirvə Liseyi