“Zirvə” liseyi “Xocalı Soyqırımı”nın 27 –ci ildönümünü qeyd etdi

AAAF Park Yaşayış Kompleksinin Konfrans zalında  “Zirvə” liseyinin təşkilatçılığı ilə “Xocalı Soyqırımı”nın 27 –ci ildönümünə həsr olunan tədbir keçirilib. İlk öncə o qanlı faciədə şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə liseyin direktoru Xəzər Babayev çıxış edərək 27 il öncə xalqımızın başına gələn faciədən danışıb, mənfur düşmənin, erməni silahlılarının əliyalın, silahsız olan Xocalı sakinlərinə qarşı törədilən bu faciəni əsrin faciəsi adlandırıb.

Tədbir zamanı lisey şagirdlərinin ifasında o qanlı günləri əks etdirən şeirlər səslənib, səhnələr nümayib etdirilib.

Tədbir iştirakçılarına tarixi facilə bağlı hazırlanan videoçarx da təqdim edilib. “Xocalı Soyqırımı” ilə bağlı təşkil edilən tədbir “Ana, mən şəhid oldum” kampazisiyası ilə başa çatıb.

SHARE