“Zirvə” liseyi müəllimlərin işə qəbulunu elan edir

AAAF Parkın nəzdində fəaliyyət göstərən “Zirvə” liseyi 2016 – 2017 tədris ili üçün müəllimlərin işə qəbulunu elan edir. Liseydə hər il yeni siniflər açılır və dərs saatarının artması səbəbilə yeni kadrların qəbulu üçün vakansiya yaranır. Pedaqoji sahədə ən az üç il təcrübəyə malik olan kadrlar AAAF Parkda yerləşən “Zirvə” liseyinə qəbul üçün müraciət edə bilər.

Müraciət edənlərin anketlərinə baxıldıqdan sonra elan olunan vakansiyaya uyğun gələn müəllimlər müsabiqəyə dəvət edilir. Müsabiqədə iştirak edən şəxslərə 50 sualdan ibarət test kitabçaları təqdim olunur. Test kitabçalarında, əsasən, müraciət edən kadrın ixtisası ilə bağlı suallarla yanaşı, məntiq, kurrikulum, metodika ilə bağlı suallar da əhatə olunur. 80%dən artıq nəticə verən müəllimlər sınaq mərhələsinə buraxılır, bu mərhələni keçən kadrlarla müqavilə bağlanır.Müsabiqə iki saat davam edir.Nəticələr imtahan günü ərzində elan olunur. Qəbul yeni dərs ilinin başlanğıcına qədər davam edəcək.

Ünvan: Xırdalan ş., Heydər Əliyev pr. 167, AAAF Park, “Zirvə” liseyi
Əlavə məlumat üçün: *64 64 , (012) 310 0 410

SHARE