“Zirvə” futbol klubu xatirə turnirinin qalibi oldu

Bakıda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında əməkdar idman xadimi İbadulla Həsənovun xatirəsinə həsr olunan futbol turniri keçirilib. Yarışda “Zirvə” futbol komandası da iştirak edib, finaladək bütün rəqiblərini məğlub edən Zirvəçilər həlledici görüşdə də “Borussiya Dortmund” komandasını 4-3 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıblar. Komandanın məşqçisi Fuad Abbasov və kapitanı Hüseyn Ağaverdiyev yarış barədə fikirlərini AAAF Tv-ilə bölüşüblər.

“Zirvə” futbol klubu iyulun sonlarında Tiflisdə baş tutacaq ənənəvi yay turnirində iştirak edəcək. Komanda turnirlə bağlı hazırlıqlara da başlayıb.

SHARE