“Zirvə” Futbol Klubları Cənub regionu üzrə birinciliklərdə uğurla çıxış edirlər

“Zirvə” Beynəlxalq İdman Klubu peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malik olan bir idman klubudur. Klub idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır.

Ağır atletika, bədii gimnastika, cüdo, üzgüçülük, şahmat kimi idman növlərini özündə birləşdirən “Zirvə” beynəlxalq idman klubunda ötən ildən daha bir idman növü – Futbol komandası fəaliyyətə başlayıb.

Hazırda “Zirvə”nin 5 komandası mövcuddur. U-10, U-11, U-12 və U-13 yaş qruplarından ibarət olan komandalar AFFA-nın təşkil etdiyi Cənub regionu, daha U-11 komandası isə Şimal regionu üzrə futbol birinciliklərdə çıxış edirlər.
“Zirvə” Futbol Klubunun rəhbəri Sakin Məmmədzadə AAAF TV-yə açıqlamasında komandalar üçün hər bir şəraitin yaradıldığını və əsas məqsədlərinin milli komandalar üçün futbolçu yetişdirmək olduğunu deyib. O, artıq iki komandamızın “pley-off”a vəsiqə qazandığını da əlavə edib/

SHARE