AAAF Park Yaşayış Kompleksində, təxminən 3 min mv.metr sahədə yerləşən “Zirvə Fitness & Spa” mərkəzinin fitness bölümü müasir Avropa standartlarına uyğun trenajor avadanlıqları ilə hər kəsin istəyinə cavab verir. Gözəl bədən quruluşuna malik olmaq, sağlam qalmaq üçün məhz bu mərkəzə müraciət edənlərin sayı çoxdur. Çox yaxın zamanda Spa bölümünün də fəaliyyətə başlayacağı gözlənilir.

Çox insan fitnesin yalnız arıqlamaq üçün olduğunu düşünür. Ancaq bu belə deyil. Fitness insanda özünü daha yaxşı hiss etmə, daha effektiv işləmə gücünü artırır. Məşğul olanlar ürək-damar sisteminin xəstəliklərinin qarşısını almış olur, ürək əzələsini möhkəmləndirirlər. Məhz fitness orqanizm üçün vacib olan maddələr mübadiləsini yaxşılaşdıraraq immun sistemini gücləndirir, bu da qrip və soyuqdəymənin qarşısını alır.
Fitness həmçinin beyin aktivliyini artırır, sevinc hormonu istehsal edir, bu isə əhval-ruhiyyənin yaxşılaşmasına və beyin aydınlığına səbəb olur.

Fitness ilə məşğul olan insanlar stress və depressiya halları ilə daha az rastlaşırlar.
Ən müasir tələblərə cavab verən Fitness Mərkəzində duş və paltardəyişmə otaqları yenilənib, xidmətlə bağlı əlavələr olunub, qonaqların rahatlığı təmin olunub.

Hər kəsi AAAF Parkda yerləşən “Zirvə Fitness & Spa” sağlamlıq mərkəzindən istifadə etməyə dəvət edirik!

Ətraflı məlumat üçün
Telefon: 050 244 44 87

Sağlamlıq