“Zirvə” Fitness Mərkəzindən yeni kampaniya!

Tələsin! AAAF Park Yaşayış Kompleksindəki “Zirvə” Fitness Mərkəzi yeni kampaniyaya start verir. Kampaniyanın şərtlərinə əsasən mart ayının 1-dən 31-nədək məşq saatını 12:00-dan 17:00 arası vaxta seçən hər yeni müştəri mart, aprel və may aylarında fitness mərkəzinin xidmətlərinin aylıq abunə haqqından endirim əldə etmiş olacaq. Belə ki, müştərilər bu 3 ay ərzində aylıq 50 AZN deyil, 30 AZN ödəmək imkanı qazanacaq. Yəni bu kampaniyaya qoşulan hər kəs 60 AZN xeyir əldə edə biləcəkdir. Bu şans qaçmaz: axşama qədər gəlin, endirim əldə edin!

Bir daha təkrar edək ki, bu kampaniya hazırkı yox, yeni müştərilərə aid edilir. Həmçinin AAAF Park sakinləri də bundan yararlana bilməyəcəklər.

AAAF Parkda yerləşən “Zirvə” Fitness Mərkəzi müasir Avropa standartlarına uyğun trenajor avadanlıqları ilə hər kəsin istək və tələblərinə cavab verir. Gözəl bədən quruluşuna malik olmaq və sağlam qalmaq üçün bu mərkəzə müraciət edənlərin sayı günü-gündən çoxalır. 1 nəfər üçün aylıq xidmət haqqı 50 AZN olan fitness mərkəzində həftədə 3 dəfə 2 saat olmaqla məşq etmək mümkündür.

Ünvan: Heydər Əliyev prospekti, 167.

Əlavə məlumat üçün:  *6464 / 012 310 0 410 / 050 599 60 60

SHARE