“Zirvə” ağır atletika komandası “İdman Azərbaycan”ın efirində qonaq oldu – VİDEO

Azərbaycan gənc ağır atletlərinin Avropa çempionatındakı uğurlarının səsi bütün ölkəyə yayılmaqda davam edir. Klaypedadakı turnirdə 3 qızıl və 1 bürünc medal, bir rekord və 3 mütləq çempionluqla Bakıya qayıdan idmançılarımızın təmtəraqlı qarşılanması böyük maraqla qaşılanmışdı. Bu uğurun əsas memarları – Firudin Quliyev, Anastasiya İbrahimli, Dadaş Dadaşbəyli və məşqçi Hafiz Süleymanovun təmsil etdikləri “Zirvə” Beynəlxalq İdman Klubunun gördüyü iş, atdığı addımlar göz qabağındadır.

Məhz bu səbəbdən də “İdman Azərbaycan” kanalında efirə gedən “İdman sağlamlığın rəhnidir” verilişi tamlıqla Avropa çempionatındakı qələbə və “Zirvə”yə həsr olunub. 1,5 saat davam edən canlı verilişdə idmançılardan Firudin Quliyev və Anastasiya İbrahimli, baş məşqçimiz Hafiz Süleymanov və klubumuzun direktoru Rizvan Rəsulov iştirak edib. Həmin verilişin videoyazısını sizə təqdim edirik:

SHARE