“Zirvə”nin yeniyetmələr arasında cüdo üzrə birinciliyi keçirildi

Yanvarın 31-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında 2002-2003-cü il təvəllüdlü oğlanlar arasında “Zirvə” Beynəlxalq İdman Klubunun cüdo birinciliyi keçirildi. Klubumuzun 10 illik yubileyinə həsr olunan turnirdə oğlanlar – 30, 34, 38, 42, 46, 50, 55 və 66 çəki dərəcələrində mübarizə apardılar. Birincilikdə klubumuzun Lənkəran, İsmayıllı, Abşeron, Sumqayıt və Bakı filialları tatami üzərinə çıxdılar.
Maraqlı mübarizə şəraitində keçən birincilikdə yüzə yaxın cüdoçu qüvvəsini sınadı. Sonda I-II-III yerləri tutan idmançılar «Zirvə» Beynəlхalq Idman Klubunun Fəхri Fərmanı və hədiyyələri ilə mükafatlandırıldılar. Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.

Nəticələri sizə təqdim edirik:
30 kq
1. Hacıyev Oruc
2. Muradov Şirin
3. Eltun Hacızadə

34 kq
1. Həsənli İlkin
2. Aslan Aslanlı
3. Abıyev Davud
3. Abbasov Taleh

38 kq
1. Əzimzadə Rəhim
2. Məmmədov Bəhmən
3. Bağırov İlkin
3. Baxışlı Murad

42 kq
1. Rüstəmov Cavid
2. Abbasov Ayxan
3. Kərimov Novruz
3. Rəhimli Rəvan

46 kq
1. Xankişiyev Etibar
2. Mehdiyev Məhərrəm
3. Mirzəyev İbrahim
3. Əsədov Elşən

50 kq
1. Dadaşov Səid
2. Əliyev Nicat
3. Sadıqov Zəlimxan
3. Hacızadə Əmrah

55 kq
1. Sultanov Əbdüllətif
2. Abbasov Əli
3. Məmmədzadə Ömər
3. Məhəmmədcəfər İlhamoğlu

66 kq
1. Ağamalıyev Rəsul
2. Əliyev Nihad
3. Nəzirli Ülvü

SHARE