“Zirvə”nin bədii gimnastlarından möhtəşəm nəticə

Sumqayıtda Bayraq gününə həsr olunan bədii gimnastika üzrə açıq şəhər birinciliyi keçirilib. Bu yarışda “Zirvə”nin 15 gimnastı da yer alıb. Müxtəlif elementlərlə yarışda mübarizə aparan gimnastlarımızdan demək olar ki hamısı uğurlu iştirakı ilə fərqlənib və onlar ilk 3 pillələrdə qərarlaşmağı bacarıblar.

Baş məşqçi bizimlə söhbəti zamanı qarşıdakı yarışın hazırlıqlarına başladıqlarını bildirdi. Respublika birinciliyi adlanan yarış isə 8-9 dekabr tarixlərində baş tutacaq və burada “Zirvə”nin 15 gimnastı fərdi və qrup şəkildə çıxışları ilə yadda qalacaq.

SHARE