“Zirvə Oyunları” güləş yarışları ilə davam edir

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” start götürüb. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbəti qaliblər Yunan-roma güləşi növündə müəyyən edilib.

Açıq birincilikdə “Abşeron-Zirvə”, “Zəngilan”, “Cavanşir”, ROİL, “Masallı”, “Quba”, “Lokomotiv”, “Neftçi”, “Sumqayıt”, “Pəhləvan”, UGİM-5, “Binə”, “Lənkəran”, “Cəngi”, “Zəfər” və MOİK klublarını təmsil edən ümumilikdə 150-yə yaxın gənc güləşçi qüvvəsini sınayıb. Yarışda İran İslam Respublikasının təmsilçiləri də tatami üzrinə çıxıblar. Böyük tamaşaçı marağına səbəb olan yarışlarda medalçıların adlarına aydınlıq gəlib. Fəxri kürsüyə qalxan mükafatçılara medal və xatirə hədiyyələri təqdim edilib.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

35 kq
1. Əmrahov Əmrah – Masallı
2. Bəbirli İsaxan – Neftçi
3. Teymurov Kənan – Pəhləvan
3. Məmmədov Nihad – Pəhləvan

38 kq
1. Kərimov Roma – ROİL
2. Zeynalabdinov Murad – ROİL
3. Həşimzadə Rəvan – Masallı

41 kq
1. Qasımov Seymur – ROİL
2. Əliyev Orxan – ROİL
3. Kamilov İbrahim – Binə
3. Quluzadə Vüsal – Neftçi
44 kq
1. Soltanlı Orxan – Binə
2. Rəsulzadə Həmzə – ROİL
3. Məmmədli Ömər – Lokomotiv
3. Cavadov Ayxan – Abşeron-Zirvə

48 kq
1. Quluzadə Nurlan – Neftçi
2. Baloğlanov Əlpaşa – ROİL
3. Nuriyev Rinat – Abşeron-Zirvə
3. Mirzəyev Xəlil – Neftçi

52 kq
1. Məmmədxanlı Elvin – Cəngi
2. Yeylaqalıyev Elsevər – Abşeron-Zirvə
3. Haqverdiyev Vüsal – Abşeron-Zirvə
3. Abbaszadə Kənan – Neftçi

57 kq
1. Qəhrəmanov Niyazalı – Abşeron-Zirvə
2. Əzizov Mirşahəddin – Masallı
3. Musayev Ayal – Cəngi
3. Bağırov Elvin – Abşeron-Zirvə

62 kq
1. Rzayev Nihad – Cəngi
2. Cəbrayılov İlqar – Binə
3. Əliyev Tural – Sumqayıt
3. Mərdanov Elmir – Abşeron-Zirvə

68 kq
1. Məmmədli Sahil – Abşeron-Zirvə
2. Əliyev Şakir – Cəngi
3. Ağayev İlyas – Quba
3. Məmmədov İsmayıl – Masallı

75 kq
1. Muradov Murad – Abşeron-Zirvə
2. Rzayev Murad – MOİK
3. Axundov Nicat – Pəhləvan
3. Quliyev Əli – Pəhləvan

 

SHARE