“Zirvə” liseyində illik yekun imtahan oldu

Mütəmadi test imtahanları vasitəsilə şagirdlərin elmi-bilik göstəricilərinin yoxlanmasına böyük önəm verən “Zirvə” liseyində 2-ci yarımil üçün mərkəzləşdirilmiş imtahanlar keçirilib. Böyük Summativ Qiymətləndirmə vasitəsilə şagirdlərin yarım ilə təhsildə əldə etdikləri biliklər yoxlanılıb. Bu müddət ərzində keçirilən fənnləri əhatə edən suallar test kitabçasında toplanıb və şagirdlərə təqdim olunub. Üç gün davam edən imtahan nəticələri növbəti günlərdə açıqlanacaq.

SHARE