“Zirvə” liseyində Xocalı soyqırımına həsr olunan tədbir təşkil edilib

“Zirvə” liseyinin təşkilatçılığı ilə “Xocalı Soyqırımı”nın 28-ci ildönümünə həsr olunan tədbir keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, ardınca o qanlı faciədə şəhid olan insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə liseyin direktoru Xəzər Babayev çıxış edərək 28 il öncə xalqımızın başına gələn faciədən danışıb, mənfur düşmənin, erməni silahlılarının əliyalın, silahsız olan Xocalı sakinlərinə qarşı törədilənləri qınayıb.

Tədbir iştirakçılarına lisey şagirdlərinin tarixi faciə bağlı hazırladıqları videoçarx nümayiş etdirilib, qan yaddaşımız olan Xocalıda baş verənlər bir daha xatırlanıb. Sonda lisey şagirdlərinin ifasında o qanlı günləri əks etdirən şeirlər səsləndirilib.

SHARE