“Zirvə” liseyində növbəti seminar keçirilib

AAAF Parkda fəaliyət göstərən “Zirvə” liseyində seminar keçirilib. “SAF” psixoloji mərkəzin nümayəndələri liseydə Azərbaycan və rus dili bölmələri üzrə təhsil alan şagirdlərlə, müəllim heyəti və valideynlərlə görüşüb, davranış pozuntuları mövzusunda söhbət aparıblar. Seminar zamanı uşaqlarda rast gəlinən davranış pozuntuları və bunlardan xilas olmanın yolları müzakirə edilib, geniş fikir mübadiləsi aparılıb, valideynləri mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, “Zirvə” liseyində bu tipli seminarların mütəmadi təşkili nəzərdə tutulub.

SHARE