“Zirvə” Fitness Mərkəzi yeni “TƏLƏBƏ DOSTUM” kampaniyasına start verdi. Kampaniyaya əsasən fitnes mərkəzinə hər dostu ilə gələn TƏLƏBƏ, həm özü, həm də dostu üçün aylıq xidmət haqqından böyük güzəşt əldə edəcəkdir.
Bildiyiniz kimi, AAAF Parkda yerləşən “Zirvə” Fitness Mərkəzi müasir Avropa standartlarına uyğun trenajor avadanlıqları ilə hər kəsin istəklərinə cavab verir. Gözəl bədən quruluşuna malik olmaq və sağlam qalmaq üçün bu mərkəzə müraciət edənlərin sayı günü-gündən çoxalır. Hal-hazırda mərkəz həftədə 3 dəfə 2 saat olmaqla aylıq xidmət göstərir və bu xidmətə görə 1 nəfər üçün ayda 50 AZN ödəmək təklif olunur.
“TƏLƏBƏ DOSTUM” kampaniyası sırf tələbələrə şamil edilmişdir. Kampaniyaya əsasən tələbə yoldaşı ilə birlikdə fitnes mərkəzinə müraciət edən şəxs, həm özünə, həm də tələdə yoldaşına aylıq xitmət haqqından 20 AZN endirim qazanır. Bu o deməkdir ki, 2 nəfərə 1 aylıq 100 AZN ödəmək əvəzinə 2 dost cəmi 60 manat pul ödəməklə fitnes mərkəzinin aylıq xidmətlərindən yararlana biləcəklər.
Bütün tələbələri öz dostları ilə AAAF Parkda yerləşən “Zirvə Fitness” Sağlamlıq Mərkəzindən istifadə etməyə dəvət edirik.
*Kampaniya aprel ayınadək etibarlıdır.
Əlavə məlumat üçün: *6464 / 012 310 0 410 / 050 599 60 60