Yusif Mustafayev: “AAAF Parkı görən şəxs, başqa məkana getmək istəməz”

Tanınmış müğənni Yusif Mustafayev “Məşhurlar AAAF Park”da rubrikasının qonağı olub. O, söhbət zamanı Yaşayış Kompleksimiz və sənəti barədə danışıb.

Qonağımız AAAF Park-a heyran qaldığını gizlətməyib: “AAAF Parkı xeyli gəzdim və bura mənə çox xoş təsir bağışladı.

Mən elə bu anda oğluma zəng etdim ki, niyə bu gözəl və səliqəli məkanda özümə ev almamışıq? AAAF Parkı görən şəxs başqa məkana getmək istəməz. Bu şəhərcik haqqında nə danışıramsa, hamısı həqiqətdir, burada olduğum üçün şişirtmirəm. Mən hər kəsə məsləhət görərdim ki, AAAF Parka gəlsinlər və burada yaradılan yüksək şəraiti görsünlər. Bu gün AAAF Parka gəlməyim ömrümə əlamətdar gün kimi həkk olundu. Mənə bir şey daha çox xoş gəldi. AAAF Parka daxil olanda gördüm ki, şəhərciyə girişdə “Mülk Allaha məxsusdur” sözü yazılıb. Bu məkanı yaradan şəxslərə təşəkkürümü bildirirəm”.

 

SHARE