Artıq üç həftədir AAAF Park Yaşayış Kompleksində fəaliyyət göstərən istirahət və əyləncə mərkəzlərindəki attraksionlara şamil olunan “Yüklə Qazan” bonus kampaniyası uşaqdan böyüyə hər kəsin həm marağına, həm də sevincinə səbəb olub. Bonus kampaniyası yüklədikcə daha çox əylənmək imkanı yaradır. Belə ki, hər bir şəxs kompleks daxilində keçərli olan kartlara hər 10 manat ödədiyi zaman 5 manat, hər 20 manat üçün isə 12 manat bonus qazanır. Bonus kampaniyasından yararlanan müştərilər kampaniyanın onlara verdiyi imkanlardan və balacaların sevincindən söhbət açıb, bu cür kampaniyaların tez – tez keçirilməsini arzu etdiklərini bildiriblər. Sakinlər üçün normal şərtlərlə də 50% – lik endirim imkanı var, üzərinə bonus gəldiyi zaman bu onlara ikiqat əyləncə imkanı yaradır. Kampaniyanın sakinlərə verdiyi ikiqat əyləncə imkanı kompleksdə yaşayan hər kəsin ürəyincə olub. AAAF Park Yaşayış Kompleksində yerləşən “Limuland” istirahət və əyləncə mərkəzinin əməkdaşı kampaniyanın effekti barədə məlumat verib. Əyləncə həvəskarları üçün əlverişli imkanlar yaradan “Yüklə Qazan” bonus kampaniyası hal-hazırda davam edir. Attraksion sevərləri AAAF Park Yaşayış Kompleksində əyləncələrə şamil olunan “Yüklə Qazan” bonus kampaniyasından yararlanaraq əyləncə dolu anlar yaşamağa dəvət edirik.