Yığma komandalarımız təlim-məşq toplanışına başladı

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə qadınlar və kişilərdən ibarət yığma komandalarımızın təlim-məşq toplanışı başlayıb. Yanvarın 8-dən startı verilən toplanış ayın 29-a qədər davam edəcək. Yığmanın baş məşqçisi Asif Məmmədov Federasiya tərəfindən ağır atletlərin təlim-məşq toplanışının yüksək səviyyədə keçməsi üçün hər bir şəraitin yaradıldığını bildirdi. İdmançılar da bu şəraitdən faydalanaraq intensiv məşqlərini həyata keçirirlər.

Ağır atletlərimiz AAAF Tv-yə müsahibəsi zamanı yaradılan şəraitdən xeyli razılıq edərək məşqlərin yüksək səviyyədə keçdiyini vurğuladılar.

Qeyd edək ki, toplanışın məqsədi daxili və beynəlxalq yarışlara ən güclü heyətin hazırlanmasıdır.

SHARE