AAAF Park Yaşayış Kompleksinin yarış zalında 2003-2004-cü il təvəllüdlü oğlanlar arasında “Zirvə” Beynəlxalq İdman Klubunun cüdo birinciliyi keçirilib. Ənənəvi turnirdə oğlanlar – 30, 34, 38, 42, 46, 50, 55 və 66 çəki dərəcələrində mübarizə aparıblar. Birincilikdə “Zirvə” BİK-nun Lənkəran, İsmayıllı, Abşeron, Sumqayıt və Bakı filialları tatami üzərinə çıxıblar.Yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsidir.
Qeyd edək ki, yarışda I-II-III yerləri tutan idmançılar “Zirvə” Beynəlхalq Idman Klubunun Fəхri Fərmanı və hədiyyələri ilə mükafatlandırılıblar.