Yeni tədris ilinə başlayan şagirdlərə psixoloq tövsiyyəsi

Təhsil müəssisələrinin əsas vəzifələrindən biri gələcək üçün  güclü psixologiyaya malik fərdlər hazırlamaqdır. Əsasən təhsil pilləsində  ilk addımlarını atan ibtidai siniflərdə  yeni tədris ilində sosial mühitə adaptasiya, dərs yükünün ağırlığı, valideyn və müəllim təzyiqi kimi məsələlər diqqət, yaddaş pozğunluğuna, xroniki yorğunluq və buna oxşar bir çox hallara səbəb olur. Bu prosses davam edərkən psixoloq, valideyn və müəllim üçbucağının bir bir ilə əməkdaşlıq çərçivəsində fəaliyyəti həm şagirdin fiziki durumuna həm də zehni qavrayışına müsbət təsir edər, onların bu müddətdə özünütanımasında, daxili və xarici aləmi dərkində mühüm rol oynayar.

 

Günel xanım şagirdin dərs sistemində  düzgün qidalanma və yuxu kimi lazımi faktorlarla yanaşı, aktiv zehni oyunların, inkişafyönümlü söhbətlərin vacibliyini vurğulayıb. Meyvə – tərəvəzlə paralel sulu qidaların beyin hüceyrələrinə xüsusi təsirini qeyd edib. Son olaraq həmsöhbətimiz valideyn və müəllimlərə səbrli olmağı, şagirdlərin suallarına təmkinlə cavab verməyi tövsiyyə edir. Əgər övladlarınızın sağlam düşüncəyə, güclü psixologiyaya malik olmağını istəyirsinizsə onlara daha çox vaxt ayırın.

SHARE