AAAF Park-ın elan etdiyi “Açarını təhvil al, ödəməyə sonra başla” kampaniyası böyük marağa səbəb olub. Alıcılar bu unikal şansdan yararlanmağa tələsir, münasib qiymət və ödəmə şərtindən razı qalırlar. Artan maraq “Xəzər TV”-nin çəkiliş qrupunu da AAAF Parka gətirib. Onların hazırladığı materialda bu kampaniyanın üstünlükləri barədə söz açılıb, müştərilərin mənafeyi üçün bütün imkanların yaradıldığı qeyd edilib.
AAAF Park-ın təsisçisi Tofiq Heydərovun da verdiyi açıqlamada qeyd olunur ki, bu kampaniya xüsusilə aztəminatlı, kirayədə qalan ailələr üçün əlverişlidir. Yalnız ilkin ödənişi verib açar təhvilinə qədər heç nə ödəməmək mümkün olduğundan, insanların axını təbiidir. Xəzər TV-nin hazırladığı materialı sizə təqdim edirik.