Ölkəmizdə “Yeni il” bayramı təmtəraqlı şəkildə qeyd edilir. Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləyirlər.
Xırdalana gözəllik verən AAAF Park Yaşayış Kompleksi də bu bayrama özünəməxsus hazırlaşıb. Yeni ilin simvolu olan “Küknar ağacı” AAAF Parkda da qurulub. Parkın maraqlı dizaynda bəzədilmiş görünüşü və Yeni il personajlarından olan “Şaxta baba” və “Qar qız” da bu kompleksə gələn hər kəsin marağına səbəb olur. Hamı bayram abu-havasını hiss edir.
Yeni ildə, xüsusilə əsrarəngiz nağıllar aləmini xatırladan şəhərciyimizə gələn qonaqların ardı-sırası kəsilmir. Geniş parkı, maraqlı dizaynda restoranları, əyləncə mərkəzləri, attraksionları, futbol meydançası və tennis kortu, idman klubları, “Fitness & Spa” mərkəzi, Zirvə liseyi, Zirvə Uşaq İdman Akademiyası, məşhur brend mağazaları, bərbərxanası, üzgüçülükdən tutmuş şahmat kurslarına qədər hər şeyin bir arada toplandığı AAAF Park yolunuzu gözləyir.
AAAF Park adından hər kəsin “Yeni il”ini təbrik edirik.
Bayramınız mübarək!