Yanğınla bağlı sakinlərin nəzərinə!

Bu gün, saat 13:00 radələrində AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Uşaq Bağçasının saxlanc otağında kiçik çaplı yanğın baş verib. Çevik müdaxilə nəticəsində yanğının qarşısı alınıb və böyüməsinə imkan verilməyib. Yanğının tez bir zamanda önlənməsinə həm də bağçanın öncədən bu cür risklər nəzərə alınaraq müvafiq vasitələrlə təmin olunması rol oynayıb. İlkin araşdırma göstərir ki, yanğına səbəb əməkdaşlardan birinin diqqətsizliyi olub. Sakinlərimizə bildiririk ki, yanğın tam söndürülüb, heç bir narahatlığa əsas yoxdur.

SHARE