Yalnız tələbələr üçün – “Buz meydançası”ndan bonuslar!

“AAAF Park Yaşayış Kompleksi”nin “Limu Forest” Əyləncə Mərkəzində yerləşən “Buz meydançası”nda tələbələr üçün bonus dəqiqələr verilir. Belə ki, 10 dəqiqəyə 10 dəqiqə, 30 dəqiqəyə 20 dəqiqə bonus, 1 saata 30 dəqiqə bonus hədiyyə edilir.

Burada peşəkar müəllim və gülərüzlü personal buzda sürüşmək istəyən hər kəsi buz üzərində ilk addım atmaqdan tam sərbəst hərəkərlərə qədər təlimatlandırır və öyrədir.

Buz üzərində sürüşmək insan sağlamlığı üçün çox faydalıdır. Belə ki, buz üzərində sürüşərkən insan özünü rahat, stressiz, xoşbəxt hiss edir. Siz əhval-ruhiyyənizi və xarici görünüşünüzü müsbət tərəfə doğru dəyişə, eləcə də ətrafınızdakı insanlara və özünüzə güvən hissini artıra bilərsiniz.

Uşaqlar, eləcə də böyüklər üçün böyük sevinc mənbəyi olan bu məkan xeyli marağa səbəb olur. Hər gün parkımızın ziyarətçiləri meydançadan istifadə edir, öyrənir, xoş anlar yaşayırlar.
Sizi də bu imkandan yararlanmağa dəvət edirik!

SHARE