Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb (Fotolar, Video)

“Zirvə” liseyində 26 Fevral – Xocalı soyqırımı anım mərasimi keçirilib.

Tədbir açıq elan edildikdən sonra dövlət himni səslənib. Daha sonra soyqırımda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Tarix müəllimi Əli Yusubov Xocalı Soyqırımı haqqında geniş məlumat verdikdən sonra bu dəhşətləri anbaan lentə alan Çingiz Mustafayevin çəkdiyi kadrlar monitor vasitəsilə müəllim və şagird heyətinə göstərilib. Liseyin şagirdləri Xocalı Soyqırımı, orada baş verən dəhşətlər haqda şeirlər deyib.

SHARE