Xırdalan şəhərinə yaraşıq verən əsrarəngiz şəhərcik

Xırdalan şəhəri XX əsrdə kənd kimi yaranmış, daha sonralar qəsəbə tipli şəhər, sonra Abşeron rayonunun mərkəzinə çevrilmiş və 2006-ci ildən etibarən şəhər statusu qazanmışdır.

Xırdalana gözəllik verən maraqlı yerlərlə yanaşı, öz fərqliliyi ilə seçilən, 36 hektar əraziyə malik olan şəhərcik – AAAF Park Yaşayış Kompleksi qısa bir zaman ərzində məşhur məkana çevrildi.

“AAAF İnşaat” MMC-nin maraqlı dizayn ilə inşa etdiyi bu kompleks hər kəsi valeh edir. Nəinki Xırdalan, hətta Bakıdan, Sumqayıtdan, Azərbaycanın digər bölgələrindən bu əsrarəngiz nağıllar aləmini xatırladan şəhərciyimizə gələn qonaqların, ev alıb bu maraqlı şəhərcikdə yaşamaq istəyənlərin sayı artır və artmaqdadır.

Geniş parkı, maraqlı dizaynda restoranları, əyləncə mərkəzləri, attraksionları, futbol meydançası və tennis kortu, idman klubları, “Fitness & Spa” mərkəzi, Zirvə liseyi, Uşaq İdman Akademiyası, məşhur brend mağazaları, bərbərxanası, böyük Makromartı, üzgüçülükdən tutmuş şahmat kurslarına qədər hər şeyin bir arada toplandığı AAAF Parkı həqiqətən də əsrarəngiz şəhərcik adlandırmaq olar.

Buyurun gəlin, şəhərciyimizin xidmətlərindən siz də yararlanın!

SHARE