Azərbaycan Aykido Federasiyasının instruktoru, 1-ci dan Qara Kəmər ustası, təcrübəli mütəxəssis Elnur Kərimovun rəhbərliyi ilə Xırdalan şəhərində ilk dəfə Aykido özünümüdafiə döyüş sənəti üzrə dərslərə start verilir. Övladınızın dava və küçə döyüşlərinə meylli olmamasını, fiziki və psixoloji zədələrdən, təkəbbürlülükdən uzaq bir şəxsiyyət kimi yetişməsini istəyirsinizsə, o zaman bu döyüş sənəti ilə tanış olmalısınız! Övladınızın özünümüdafiə zamanı özgüvənli, qarşısında olan tərəf müqabilinə qarşı səbrli, ictimaiyyət arasında nizam-intizamlı olmasının tərəfdarısınızsa, Sizin həyata baxışınızla aykido fəlsəfəsi uyğundur və Siz övladınızın təhsilli, sağlam gələcəyi üçün çalışırsınız! Bundan bir daha əmin olmanız üçün Sizi 12, 19 və 26 fevral tarixlərində saat 16:00-dan 17:00-adək açıq qapı günlərinə dəvət edirik. Xatırladaq ki, dərslər həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri 1 saat olmaqla 16:00-dan 17:00-a qədər (müraciət etdiyiniz təqdirdə dərslər 10:00-dan 11:00-dək də açıla bilər) AAAF Park Yaşayış Kompleksinin “Zirvə” Uşaq İdman Akademiyasında təşkil olunacaqdr. Dərslərə 4-12 yaş arası qız və oğlanlar qəbul olunur. Aykido –insanın hücum çəkənə zərər yetirmədən özünü müdafiə etmək bacarığını aşılayan döyüş sənəti olmaqla yanaşı, ostioxandroz, onurğa sütununu xəstəlikləri, əsəbi gərginlikdən azad olma, oynaqlarda duzun ərinməsi, qan dövranı və ürək-qan damar sisteminin tənzimlənməsi, ciyərlərin təmizlənməsi proseslərini bərpa edir, düzgün nəfəsalma və düzgün qidalanma vərdişlərini aşılayır. AAAF Park Yaşayış Kompleksi daima sakinlərin və insanların sağlamlığını düşünür. Bu məqsədlə mütəmadi olaraq yeni idman növləri üzrə dərslərin keçirilməsi üçün imkanlar yaradır. Aykido döyüş sənəti də buna xidmət göstərir. Dərslərə öncədən qeydiyyata düşmək üçün telefon: (070) 336-56-64 Ünvan: AAAF PARK Yaşayış Kompleksi, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 167.