“Xəzri Palace” AAAF Parkla əməkdaşlığa başladı

“Xəzri Palace” şadlıq sarayı AAAF Park Yaşayış Kompleksi ilə əməkdaşlığa başlayıb. Hər iki tərəf üçün xoş olacaq bu məramdan ölkəmizin bütün vətəndaşları xeyir görmək imkanı qazanacaqlar. Belə ki, “Xəzri Palace” əməkdaşlığa yeniliklə başlayıb. Bu sarayda toy edən istənilən cütlük AAAF Park Yaşayış Kompleksində güzəştli şərtlərlə mənzil almaq imkanı əldə edəcəkdir. Məhz onlar üçün endirimlər veriləcək, Kompleksimizin sakini olmaq üçün maksimum şans yaradılacaqdır. Hər iki şirkətin rəhbəri bu sosial yönümlü layihənin uğurlu olacağını hesab edirlər. Toy etməyə hazırlaşan bəy və gəlinlər: yolunuzu “Xəzri Palace”dan salın, bu gözəl imkandan siz də faydalanın! AAAF Park sakini olmaq şansını əldə edin!

SHARE